Səkkizinci fəsil. YEKUN MÜDDƏALARI
Maddə 86. Beynəlxalq aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyənləşdirilmiş qaydalar Azərbaycan Respublikasının yol hərəkəti qanunvericiliyində nəzərdə tutulanlardan fərqli olduqda, beynəlxalq müqavilələr tətbiq edilir.