Skip to content

Beşinci fəsil. YOL HƏRƏKƏTİ QAYDALARI

Maddə 68. Əlavə məlumat nişanları

I. Əlavə məlumat nişanları (lövhəciklər) birlikdə tətbiq olunduğu nişanların təsirini dəqiqləşdirir və ya məhdudlaşdırırlar.

II. Lövhəciklər birlikdə tətbiq olunduqları yol nişanının bilavasitə altında yerləşdirilirlər. Yolun hərəkət hissəsinin qırağında və ya səkinin üstündə asıldıqda, 7.2.2—7.2.4, 7.13 əlavə məlumat nişanları yol nişanlarının yan tərəfində yerləşdirilir.

Qanunun rəsmi mətni yalnız Azərbaycan dilindədir. Mənbə: e-qanun.az, redaksiya 2026-10-26 tarixində yoxlanılıb. e-qanun.az