Proqramı haradan əldə edək?

Mobil tətbiq Mobile Store-lərdə mövcuddur və rahat şəkildə endirmək olar. İlk öncə şəxsi məlumatlar qeyd edilməlidir.

Proqrama necə daxil olaq?

Proqramdan asan və sürətli istifadə etmək üçün yalnız öz mobil nömrənizi daxil edirsiniz. Bu zaman Sizə SMS vasitəsi ilə şifrə göndəriləcəkdir. Bu şifrə ilə rahat şəkildə proqrama daxil ola biləcəksiniz.

Proqramda balansınız?

Proqrama daxil olduqdan sonra ilk pəncərədə Sizin əməliyyatlarınız barədə məlumat əks olunmuşdur. Siz xərclədiyiniz məbləğ və geri dönən vəsaitinizi (bonus) rahat şəkildə görürsünüz. Həmçinin geri qazanılmış vəsaitin əvəzlənən və qalıq hissəsi haqqında məlumat öz əksini tapmışdır. Bu əsas səhifədə istifadə etmək istədiyiniz bonus məbləğini daxil edib vaxt itirmədən istifadə üçün təsdiqləyə bilirsiniz.

Bonus hesaba necə yüklənir?

Yuxarıda sağda əlavə et + düyməsi vasitəsi ilə ticarət obyektidə Sizə təqdim olunan qəbzin üzərindəki QR kodu skan etdikdən sonra aşağıda Sizin ödədiyiniz hesab və geri dönən bonus vəsaiti avtomatik olaraq hesab tarixçəsində öz əksini tapır.

Məhsulların siyahısı və qiymət?

Tarixçə bölməsində ödənilmiş hesabın üzərinə sıxdığınız zaman tarix, məhsulun məbləği və siyahısı, öz əksini tapır.