Kömək
"TOPLA.AZ" nədir?

"Topla.az" - alış-veriş zamanı xərclənən vəsaitin bir hissəsini geri qaytaran proqramdır.

“Topla.az” proqramının istifadəçiləri proqramın partnyoru olan istənilən ticarət və iaşə nöqtəsində ödənişlər etdikcə, ödənilən məbləğin 40%-dək hissəsini vəsait şəklində geri qazanırlar. İstifadəçi toplanan vəsaiti dəyişilməz şəkildə istənilən zaman aldığı məhsul və xidmətin qiymətindən endirim şəkilində istifadə edə və ya tam pulsuz olaraq əldə edə bilər.

"TOPLA.AZ" proqramı harada keçərlidir?

Proqram
«Özsüt» restoranlar şəbəkəsində
«Pita Pizza & Dönər Salon» kafesində
«Hooki» kofe shop-da
«Garda Shoes»
«Kolorit»
«Yens Pizza»
"Atmosphere"
"Cafe de Daku-da" keçərlidir.

"TOPLA.AZ" proqramına necə qoşulmaq lazımdır?

"Topla.az" proqramına qoşulmaq üçün PlayMarket və ya APPstore-dan "Topla.az" mobil əlavəsini yükləyib qeydiyyat formasını doldurmaq kifayətdir.

Proqrama qoşulma və iştirak ödənişsizdir.

Geri vəsaiti necə toplamaq olar?

Hər ödəniş zamanı, təqdim olunan qəbz üzərindəki QR-kodu «Topla.az" mobil əlavəsi vasitəsi ilə oxutmaq kifayətdir.

QR-kodu oxumaq üçün, mobil əlavənizdən “QR” düyməsini basaraq, QR-kod oxuyucu skaneri aktiv edib sadəcə qəbz üzərindəki QR-koda tuşlayın.

Toplanan vəsaiti necə xərcləmək olar?

Toplanan vəsaiti xərcləmək üçün alış-veriş və ya ödəniş etdiyiniz ticarət nöqtələrində yerləşdirilmiş xüsusi QR-kodu «Topla.az» mobil əlavəsi vasitəsi ilə oxudun və «əvəzlə» düyməsini tıklayın.

«Topla.az» mobil əlavəsi Android və IOS əməliyyat sistemlərində çalışan smartfonlar üçün nəzərdə tutulub;

«Topla.az» mobil əlavəsi vasitəsi ilə əməliyyatın keçirilməsi üçün telefonunuzda 3G/4G internet və ya Wifi aktiv olmalıdır;

«Topla.az» hesabınızda yığılan vəsait 1 il ərzində istifadə edilmədikdə, sıfırlanır;